Avstriyada atışma baş verib, üç nəfər ölüb

Avstriyanın Lints şəhərində restoranın yanında baş verən atışma nəticəsində üç nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Kronen Zeitung" nəşri məlumat yayıb.

Bildirilib ki, yaşlı kişi iki qadını, daha sonra isə "Lüftner" otelinin yaxınlığındakı restoranın yanında gənc bir qadını güllələyib, bundan sonra isə intihar edib.

Hazırda genişmiqyaslı əməliyyat keçirilir.

Digər xəbərlər