Avstriyada vaxtından əvvəl keçirilən parlament seçkilərində səslərin 46 faizi hesablanıb.
"Report"un TASS-a istinadən məlumatına görə, səsvermənin nəticələrinə əsasən beş partiya parlamentdə təmsilçilik üçün dörd faizlik baryeri keçib.
Belə ki, Sebastian Kurtsun rəhbərlik etdiyi Avstriya Xalq Partiyası səslərin 37 faizini toplayıb. Avstriya Sosial-Demokratlar Partiyası 22 faiz, sağçı Avstriya Azadlıq Partiyası 16 faiz səs toplayıb.
14 faiz səslə “Yaşıllar” partiyası dördüncü, Yeni Avstriya partiyası isə 8 faiz səslə beşinci yerdə qərarlaşıb.