Avstraliyada şaxtada partlayış olub, yaralananlar var

Avstraliyada daş kömür mədənində baş verən partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Hadisə Avstraliyanın şərqində yerləşən Qrosvenor şaxtasında qeydə alınıb. 

Partlayış nəticəsində zərərçəkənlər müxtəlif dərəcədə yanıq xəsarətləri alıblar. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndiriblər. 

Şaxtada qalan əməkdaşlar təxliyə edilib.

Bu daş kömür mədəni “Anglo American” şirkətinə məxsusdur. 

Digər xəbərlər