Avstraliyanın şərqindəki Yeni Cənubi Uels ştatında atışma nəticəsində üç nəfər ölüb.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Hadisə yerinə gedən polis üç nəfərin ölümünü təsdiqləyib.
Daha bir nəfər isə xəstəxanaya çatdırılıb.
Atəş açan şəxsin axtarışları davam edir.