Avstraliya İŞİD-ə qarşı mübarizə aparan iraqlılara təlim keçmək üçün 300 hərbçi göndərəcək

Bakı. 3 mart. REPORT.AZ/ Avstraliya hökuməti ABŞ-ın beynəlxalq koalisiya qüvvələrinə dəstək göstərilməsi ilə bağlı müraciətinə cavab olaraq "İslam Dövləti" qruplaşmasına qarşı mübarizə aparan İraq qoşunlarına təlim keçmək üçün 300 hərbçisini bu ölkəyə göndərəcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Toni Ebbot bildirib. 

Baş nazirin sözlərinə görə, İraq hökumətinin rəhbəri Avstraliyanın qərarını dəstəkləyib.

Avstraliya hərbçiləri Bağdaddan şimal-qərbdə yerləşən Taci şəhərinə gedəcəklər. Həmin şəhərdə artıq Yeni Zelandiyadan olan 140 hərbçi yerləşdirilib. 

Qeyd edək ki, ötən il Avstraliya İraqa 600 hərbçi göndərib. 

Digər xəbərlər

Çin Yaponiyaya xəbərdarlıq edib 08 dekabr, 2025 / 05:37