Bakı. 10 noyabr. REPORT.AZ/ "Böyük Britaniya Avropa İttifaqı üzlüyündən çıxmaqdan birtətəfli şəkildə imtina edə bilər".
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Lüksemburqda yerləşən Avropa Ədliyyə Məhkəməsi qərar verib.
“Birləşmiş Krallıq Avropa İttifaqı üzlüyündən çıxmaq niyyəti barədə birtərəfli bildirişini (29 mart 2017-ci il tarixində Avropa İttifaqı Şurasına göndərilən sənəd – red.) geri götürməkdə sərbəstdir”, - məhkəmənin qətnaməsində bildirilir.
Qeyd edək ki, Avropa Ədliyyə Məhkəməsi Avropa İttifaqı məhkəməsinin ali instansiyasıdır, qərarlarından şikayət verilə bilməz.