​Aşqabadda anomal istilər müşahidə edilir

Bakı. 1 iyul. REPORT.AZ/ Aşqabadda müşahidə olunan anomal istilər bütün rekordları qırıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, iyunun 30-da Türkmənistan paytaxtında bu ay üçün meteoroloji müşahidələrin tarixində ilk dəfə olaraq 47,2 dərəcə isti qeydə alınıb.

Meteoroloji müşahidələr Aşqabadda 1891-ci ildən aparılır.

Ümumilikdə, 2015-ci ilin iyun ayı son 124 ildə Aşqabadda ən isti ay olub. Orta aylıq temperatur iqlim normasını 4 dərəcəyədək üstələyib.

Ötən ay ərzində 8 rekord müəyyən olunub, 16 gündə isə kölgədə 40 dərəcədən yuxarı isti qeydə alınıb.

Bununla belə, Türkmənistanda ən isti ay iyun yox, iyul sayılır. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10