Argentinada yoluxma sayı 2 milyonu ötüb

Argentinada son sutkada daha 7 739 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib.

“Report” xəbər verir ki, bu barədə məlumat ölkənin Səhiyyə nazirliyinin tvitter səhifəsində yer alıb.

Bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 2 001 034-ə çatıb.

Bildirilib ki, yeni növ koronavirus infeksiyasına yoluxan 49 674 pasiyent dünyasını dəyişib.

Digər xəbərlər

Vuçiç Baş nazir olmaq istəyir 11 iyun, 2026 / 00:15