Argentinada 6,1 bal maqnitudada zəlzələ olub

Argentinada 6,1 bal maqnitudada zəlzələ baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Episentri Anatuya şəhərindən 45 km şimal-qərbdə qeydə alınan yeraltı təkanların dərinliyi 592 km olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, Anatuya şəhərinin əhalisinin sayı 20,2 min nəfər təşkil edir.

Digər xəbərlər

Moldova MDB-dən çıxır 19 yanvar, 2026 / 22:20