“Apple” şirkətinin iki vitse-prezidenti istefaya gedir

“Apple” şirkətinin iki vitse-prezidenti istefaya gedir.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, istehsalat dizaynı üzrə vitse-prezident Nik Forlenza təqaüdə çıxdığı halda, əməliyyatlar üzrə vitse-prezident Duko Pasmuicin şirkəti tərk etməsi üçün hazırda müzakirələr aparılır.

D.Pasmuic uzun illərdir şirkətdə "iPhone" smartfonunun istehsalını təşkil etməklə məşğuldur.

Şirkətdən hər iki şəxsin istefası ilə bağlı şərh verilməyib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10