Angela Merkelə hücum olub - VİDEO

Bakı. 14 mart. REPORT.AZ/ Almaniya parlamentinin binası qarşısında ölkə kansleri Angela Merkelə hücum olub.

“Report” "Die Welt”yə istinadən xəbər verir ki, parlamentdə kansler seçksindən sonra A.Merkel binadan çıxarkən hücuma məruz qalıb. 

Naməlum kişi qışqıra-qışqıra kanslerə doğru gedib. 

Polis həmin şəxsi saxlayıb. 

Qeyd edək ki, A.Merkel 4-cü dəfə Almaniyanın kansleri seçilib. 

Digər xəbərlər