Amerikada polis əməkdaşı lal-kar sürücünü güllələyib

Bakı. 23 avqust. REPORT.AZ/ Amerikada polis əməkdaşı lal-kar sürücünü güllələyib.

"Report"un məlumatına görə, bu barədə "WCNC" telekanalı xəbər yayıb.

Məlumata görə, hadisə Şimali Karolina ştatında baş verib. Hadisə polis patrulunun şoseni sürəti keçən "Volvo" avtomobili dayandırmaq istəməsi zamanı baş verib. Sürücü Deniel Harris polis avtomobilinin sirenasını eşitməyib. Onun avtomobilin təqibi zamanı iki maşın toqquşub. Bundan sonra Harris maşından düşüb və işarələrlə polisi başa salmağa çalışıb. Polis isə ona atəş açıb.

Şahidlərin sözlərinə görə, on saniyədən sonra atəş səsi eşidilib.

Amerika KİV-in məlumatına görə, polis tərəfindən öldürülən Harrisin 29 yaşı olub.  

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10