Almatı yaxınlığında 4,9 maqnitudalı zəlzələ olub

Almatı yaxınlığında 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə "Report"un Qazaxıstan bürosu FHN-ə istinadən xəbər verir.

Məlumata görə, zəlzələ Astana vaxtı ilə saat 12:20-də baş verib.

Zəlzələnin episentri Almatıdan 136 kilometr cənub-qərbdə, Qırğızıstan ərazisində, 10 kilometr dərinlikdə yerləşib.

Qazaxıstan ərazisində təkanlar hiss edilməyib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09