ABŞ prezidenti İranı terrorçuluğun əsas sponsoru adlandırıb

Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İranı terrorçuluğun əsas sponsoru adlandırıb və onu terror təşkilatlarına, xüsusən “Hezbollah” və HƏMAS-a dəstək verməkdə ittiham edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin bəyanatında deyilir.

"İran rejimi dünyada terrorizmə sponsorluq edən əsas dövlətdir. Onun hərəkətləri "Hezbollah"a, HƏMAS-a və başqa terrorçulara xaosu yaymaq və günahsız insanları öldürməyə imkan verir", - deyə Trampın bəyanatında deyilir.

Amerika liderinin sözlərinə görə, İran Yaxın Şərqdə dağıntıları genişləndirmək üçün 100 mindən çox döyüşçünü maliyyələşdirib, silahlandırıb və hazırlayıb. 

Digər xəbərlər

Şahbaz Şərif Vaşinqtona gedib 19 fevral, 2026 / 13:31