Demokratlar ABŞ Nümayəndələr Palatasında 260-a yaxın yer qazana bilərlər

Demokratlar Partiyası aralıq seçkilərin yekunlarına görə ABŞ Konqresinin Nümayəndələr Palatasında 258 yer əldə edə bilər.

Bu barədə "Report" "NBC News" telekanalına istinadən xəbər verir.

Proqnozlara əsasən, respublikaçılar 177 yer əldə edəcəklər.

Nəşrin məlumatına görə, hazırda demokratlar artıq 231, respublikaçılar isə 144 yeri özləri üçün təmin ediblər. Ümumilikdə Nümayəndələr Palatasında 435 yer var.

Əgər proqnoz özünü doğruldarsa, demokratlar Nümayəndələr Palatasında 1993–1995-ci illərdə fəaliyyət göstərmiş Konqres çağırışından bəri ən böyük təmsilçiliyə nail olacaqlar.

Digər xəbərlər