Avropa Komissiyası (AK) bəzi istiqamətlər üzrə ilkin danışıqları başa çatdırmağın mümkün olmaması səbəbindən Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı "daha ehtiyatlı" plan hazırlayır. Bununla da Ukraynanın üzvlük müraciəti Moldovanın müraciətindən ayrı nəzərdən keçiriləcək.
"Report"un məlumatına görə, "Politico" bu barədə əldə etdiyi sənədə istinadən xəbər yayıb.
Qeyd olunur ki, Ukrayna üçün yeni Aİ-yə üzvlüklər bağlı yol xəritəsi 2027-ci ilə qədər məhdud irəliləyiş hədəfləri müəyyənləşdirəcək və mümkün üzvlük tarixi ilə bağlı hər hansı öhdəlikləri nəzərə almayacaq.
Brüssel sənəddə Kiyevi qanunun aliliyi sahəsində islahatlarının tempini təcili və əhəmiyyətli dərəcədə sürətləndirməyə, bu sahədə əsas tələblərə 2027-ci ilin birinci yarısına qədər cavab verilməli olan yeni danışıqlar klasterləri açmağa çağırılır.
AK-nın yenilənmiş yol xəritəsi Ukrayna və Moldova arasında Aİ-yə üzvlük yolunda irəliləyişdə artan fikir ayrılığını vurğulayır. Brüssel hazırda 2027-ci ilə qədər Moldova ilə 20-dən çox sahədə, Ukrayna ilə isə yalnız yeddi sahədə danışıqları başa çatdırmağa ümid edir.