Moldova Avropa İttifaqına üzvlük prosesində irəliləyir. İslahatların hazırkı tempi qorunarsa, ölkə 2028-ci ilin əvvəlində danışıqların ilkin mərhələsini başa çatdıra bilər.
"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının Aİ-nin 2026-cı il üzrə genişlənmə hesabatının yekunlarına dair Moldova hökumətinin bəyanatında bildirilib.
Sənəddə Moldova son illərdəki islahat tempini qoruyacağı təqdirdə üzvlük danışıqlarını 2028-ci ildə başa çatdıra biləcəyi qeyd olunub.
Hesabata əsasən, Moldova Aİ-yə üzvlük prosesində ən çox irəliləyiş əldə edən dörd ölkədən biridir. Bu sıraya Monteneqro, Albaniya və Ukrayna da daxildir.
Baş nazir Avropa Komissiyasının müsbət qiymətləndirməsini alqışlayaraq bunun ölkədə aparılan islahatların nəticəsini təsdiqlədiyini bildirib.