Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb

Bavariyanın baş nazirinin müavini, federal torpağın iqtisadiyyat naziri və "Azad Seçicilər" Partiyasının lideri Hubert Ayvanqer Berlində hotellərdən birində ölü tapılıb.

"Report" xəbər verir ki, bu barədə "Bild" nəşri Bavariya hökumətindəki və Berlin polisindəki mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, noyabrın 4-də, çərşənbə günü Berlində "Azad Seçicilər" Partiyasının nümayəndəliyinin açılışı olub. Ayvanqer özünü yaxşı hiss etmədiyi üçün tədbirdə iştirak etməyib və Almaniya paytaxtının mərkəzində yerləşən "Neuer Fritz" hotelində qalıb.

Siyasətçinin ölüm səbəbi hələlik məlum deyil. Hadisə barədə ailəsinə məlumat verilib.

Ayvanqer 2018-ci ildən Bavariyanın Baş naziri Markus Zederin müavini və federal torpağın iqtisadiyyat, regional inkişaf və energetika naziri vəzifələrini tutub.

"Azad Seçicilər" Partiyası Bavariyada Xristian-Sosial İttifaqı (XSU) ilə birlikdə hakim koalisiyada təmsil olunur. Siyasətçinin mülki nikahda olduğu, Regensburq dairəsinin administrasiya rəhbəri Taniya Şvaygerlə nikahından iki övladı var.

Digər xəbərlər