ABŞ-nin Qrenlandiyaya xüsusi elçi təyin etməsi Danimarkada etiraz doğurub

Danimarka Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi elçi təyin etmək qərarı ilə əlaqədar bu ölkənin səfiri Ken Houeri XİN-ə çağırmağı planlaşdırır.

"Report"un AFP-yə istinadən məlumatına görə, bu barədə XİN rəhbəri Lars Lekke Rasmussen "TV 2" telekanalına verdiyi müsahibədə deyib.

"Biz yaxın zamanda ABŞ səfirini Xarici İşlər Nazirliyinə çağıracağıq", - nazir bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Luiziana qubernatoru Ceff Lendrini Qrenlandiyada xüsusi elçi təyin etdiyini elan edib.

Digər xəbərlər