ABŞ-ın Suriyadakı hərbi bazasında partlayış olub

ABŞ-ın Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki "Ömər" neft yatağındakı bazasında partlayış səsləri eşidilib.

"Report"un "Al-Mayadeen"ə istinadən xəbərinə görə, bu barədə yerli mənbə məlumat verib.

Onun sözlərinə görə, Deyr əz-Zorun şərqindəki neft yatağında ABŞ hərbi bazasının ərazisində silsilə partlayışlar baş verib.

Telekanalın məlumatına görə, baza pilotsuz təyyarələr və raketlərin hücumuna məruz qalıb.

Digər xəbərlər