ABŞ-ın ikinci ən böyük naziri məlum oldu

ABŞ Konqresinin Senatı namizədliyi bazar ertəsi prezident Cozef Bayden tərəfindən irəli sürülmüş Denis Makdonounu Veteranların işləri üzrə nazir vəzifəsinə təsdiqləyib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, onun təyinatına 87 senator səs verib, senatorlardan 7-si qərarın əleyhinə çıxıb.

Əlli bir yaşlı Makdonou yaxın vaxtlarda and içəcək.

O, daha əvvəl ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyasında Ağ Ev əməkdaşlarının Aparat rəhbərinin postunu tutub. Makdonou həmçinin Obamanın Milli təhlükəsizlik üzrə köməkçisinin müavini olub.

Qeyd edək ki, Veteranların işləri üzrə Nazirlik böyüklüyünə görə ABŞ-da ikinci hökumət idarəsidir.

Digər xəbərlər