ABŞ-ın Atlanta şəhərində atışma olub, azı 2 yeniyetmə ölüb

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində atışma nəticəsində azı iki yeniyetmə ölüb, bir neçəsi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “FOX 5 Atlanta” telekanalı polisə istinadən məlumat yayıb.

Bildirilib ki, olay Atlantanın cənub-qərbindəki yaşayış kompleksinin yaxınlığında baş verib. Polis rəisinin müavini qeyd edib ki, atışmaya səbəb sosial şəbəkələrdə yeniyetmələr arasında yaranan mübahisə olub.

Telekanalın məlumatına görə, atışma zamanı yaralanan 3 yeniyetmə polis hadisə yerinə çatanadək yerli xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10