Dekabrın 26-da ABŞ-də qar yağması səbəbindən 1600-dən çox aviareys təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə FlightAware portalı məlumat yayıb.
Qeyd olunub ki, Nyu-York şəhərində yerləşən Con Kennedi beynəlxalq hava limanı, Guardiya və Nyuark aeroportları fasilələrdən ciddi şəkildə təsirlənib.
Həmin ərazilərə 23 sm-ə qədər qar yağacağı gözlənilir. Artıq 19 mindən çox reys təxirə salınıb.
Bundan başqa Boston, Detroit və Filadelfiya hava limanlarında da gecikmələr və ləğvlər müşahidə olunub.