ABŞ-də neft emalı zavodunda baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Kaliforniyanda "Chevron" şirkətinin neft emalı zavodunda (NEZ) yanğın lokallaşdırılıb.

"Report" xəbər verir ki, bunu Los-Anceles dairəsinin müfəttişi Holli Mitçelə istinadən CBS telekanalı bildirib.

"Yanğın lokallaşdırılıb. Sakinlərin təxliyəsinə ehtiyac yoxdur", - o qeyd edib.

Kaliforniyada "Chevron" neft emalı zavodunda partlayış və böyük yanğın baş verib.

"Report"un məlumatına görə, bu barədə ABŞ KİV-i məlumat yayıb.

Hadisənin səbəbləri barədə məlumat verilməyib.

Digər xəbərlər

Rusiya Zaporojyeyə hücum edib 24 dekabr, 2025 / 10:10