Bakı. 17 aprel.REPORT.AZ/ABŞ-ın Pensilvaniya ştatının Belvyu şəhərində yanğın hadisəsi baş verib. "Report" xəbər verir ki, nəticədə bir ailənin beş üzvü - bir qadın, bir kişi və onların üç uşağı yanaraq ölüblər.
Uşaqlar dörd, altı və on bir yaşlarında olublar.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.