Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ-da avtomobil stomatoloji klinikanın ikinci mərtəbəsinə çırpılıb.
"Report" xəbər verir ki, bu barədə "The Los Angeles Times" yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Santa-An şəhərində baş verib. Belə ki, yüksək sürətlə hərəkətdə olan avtomobil klinikanın ikinci mərtəbəsinə çırpılıb.
Nəşrin xəbərində bildirilir ki, sürücü narkotik vasitədən istifadə etdiyini etiraf edib. Hadisə zamanı sürücü və 1 sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yanğınsöndürmə xidmətinin əməkdaşları avtomobili binadan çıxarmaq barədə tədbir görürlər.