ABŞ-da atışma olub, 6 nəfər yaralanıb

ABŞ-ın San-Fransisko şəhərində atışma baş verib.

Bu barədə “Report” ABC telekanalına istinadən xəbər verir.

İki avtomobilin sürücüsü arasında baş vermiş atışma nəticəsində 6 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində yoldan keçən piyadalar da xəsarət alıblar.

Telekanalın məlumatına görə, hadisəni törədənlər hələ də saxlanılmayıb.

Digər xəbərlər