Bakı. 8 iyul. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə NHK məlumat yayıb.
Abe görüş zamanı bildirib ki, Yaponiya ABŞ-la birlikdə KXDR-lə bağlı təhlükəsizlik problemini həll etmək istəyir.
Baş nazirin sözlərinə görə, rəsmi Tokio xüsusən Yaponiya vətəndaşlarının oğurlanması məsələsindən narahatdır. O, həmçinin qeyd edib ki, Yaponiya bu problemi ABŞ-ın köməyi ilə həll etməyi nəzərdə tutur.