Xocalının Xanyurdu kənd sakini kənddə yeni həyata başlayacaqlarını bildirib.
Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında Xanyurdu kənd sakini Hicran Muradova deyib.
O, doğma kəndə qayıdacaqları günü səbirsizliklə gözlədiklərini vurğulayıb:
"Kəndimiz işğal olandan sonra məcburi köçkün həyatı bizim üçün ağır keçdi. Ayrı-ayrı vaxtlarda Goranboy, Bərdə və Bakıda müxtəlif şəraitsiz yerlərdə məskunlaşdıq. Bu günün həsrətini çox çəkdik. Şükür, o çətinliklər artıq geridə qaldı, doğma yurdumuza dönür, kənddə yeni həyata başlayırıq".