Azad edilmiş ərazilərə köç edən keçmiş məcburi köçkünlər təsviri imkansız hisslər keçirirlər

Azad edilmiş ərazilərə köç edən keçmiş məcburi köçkünlər sevinc hissi keçirirlər.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xocalıya köç edən keçmiş məcburi köçkün Kazımova Durna deyib.

O bildirib ki, 26 yaşında çıxdığı doğma yurda illər sonra qayıtmaq onda əvəzolunmaz hisslər yaradıb. D. Kazımovanın sözlərinə görə, köçkünlük həyatı onda çox böyük yaralar açsa da, indi həmin yaraların sarılma vaxtıdır.

Ağdərəyə qayıdan keçmiş məcburi köçkün Əşrəfova Səadət isə qeyd edib ki, təsvir edilməsi imkansız duyğular yaşayır.

"Bu günü bizə yaşadan şəhidlərə Allahdan rəhmət, qazilərə isə cansağlığı arzulayıram", - S. Əşrəfova vurğulayıb.

Xocavənd rayonuna qayıdan Mirzəyeva Zahidə bildirib ki, sevincinin həddi-hüdudu yoxdur. O, azad edilən ərazilərdə aparılan quruculuq işlərindən razılığını ifadə edib və köç edən sakinlər üçün hər cür şərait yaradıldığını söyləyib.

Doğma yurda qayıdan sakinlər Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər