DOST Mərkəzinin beş milyonuncu müraciətçisi: Çox xoşbəxtəm

DOST Mərkəzinin beş milyonuncu müraciətçisi Lalə Məmmədova bu xidmətdən istifadə etdiyinə görə çox xoşbəxt olduğunu bildirib.

"Report"un məlumatına görə, o, jurnalistlərə açıqlamasında ilk dəfə DOST mərkəzinin xidmətindən istifadə etdiyini deyib.

"Qapıdan içəri daxil olan kimi könüllülər məni qarşıladılar və hara getməli, nə etməli olduğumu izah edərək istiqamətləndirdilər. Onların yönləndirməsi ilə yaxınlaşaraq nömrə götürdüm və müraciətimin məqsədini, yəni hansı məsələ ilə bağlı gəldiyimi bildirdim. Təqaüdümün yenidən hesablanmasını istəyirdim. Müraciətimi qəbul edən əməkdaş suallarıma ətraflı cavab verdi və məni tam razı saldı. Hər şeyi ətraflı izah etdi, hesablamaları apardı və lazım olan bütün məlumatları mənə təqdim etdi. Xidmətdən çox razı qaldım.

Bütün işçilərə öz minnətdarlığımı bildirirəm. İnsanlara göstərilən xidmətin belə qiymətləndirilməsi və diqqətə alınması çox xoşdur. Burada beş milyonuncu müraciətçi olduğuma və bu xidmətdən istifadə etdiyimə görə çox xoşbəxtəm", - o qeyd edib.

Digər xəbərlər