Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.
Onun sözlərinə görə, Vaşiqnton razlaşmaları yalnız ABŞ-Azərbaycan əlaqələrinin inki.afına və sülh gündəliyinə deyil, ümumilikdə Cənubi Qafqazdakı proseslərə təsir edib:
"Bu gün qürurla demək olar ki, Prezidentin ABŞ-dəki tarixi razılaşmaları Ümummilli Liderin siyasi kursunun davamı kimi əldə edilmiş ən böyük uğurlardandır".