Səhiyyə naziri Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayon sakinlərini qəbul edib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Qəbul zamanı vətəndaşların müayinə-müalicə, əmək münasibətləri, əlillik məsələləri və digər mövzularda müraciətləri dinlənilib. Bir sıra məsələlər yerində həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstərişlər verilib.