Bakıda keçiriləcək hərbi paradı izləməyə gələn on yaşlı sakin Rafael Gülməmmədov Qarabağa getməyi çox arzuladığını bildirib.
O, "Report"a açıqlamasında bu gün çox qürur hissi keçirdiyini və hamının bir-birini sevinclə təbrik etməsini onu qürurlandırdığını söyləyib:
"Zəfər Günü mənim üçün çox maraqlı gündür. Bu elə bir bayramdır ki, hamı bir-birini sevinərək və ürəkdən təbrik edir. Bu da adamı qürurlandırır".
R.Gülməmmədov deyib ki, Qarabağı yanlız videolarda, televizorda görsə də, oranı çox sevir:
"Qarabağa getməyi çox arzulayıram. Qarabağı şəhidlərimiz və qazilərimiz sayəsində geri almışıq, zəfəri də bizə onlar yaşadıb. Mən bununla fəxr edirəm".