Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Muğan bölgəsində - Biləsuvar, Cəlilabad, İmişlidə şəhidlərin xatirəsi ehtiramla anılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, anım tədbirlərində rayon rəsmiləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hüquq- mühafizə orqanlarının, idarə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidlər xiyabanları, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksləri və şəhid məzarları ziyarət edilir, əbədi məşəl önünə əklil və gül-çiçək dəstələri düzülür.
Qeyd edək ki, saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.