Kərkicahan sakini: Sevincliyəm ki, övladlarımız doğma yurda təhlükəsiz və gülərək qayıdırlar

Xankəndiyə qayıdan Kərkicahan qəsəbə sakini Kamil Rəsulov 22 yaşında çıxdığı doğma yurduna 7 ailə üzvü ilə qayıtmaq sevincini yaşayır.

"Report"un Xankəndiyə ezam olunan əməkdaşına təəssüratlarını bölüşən K.Rəsulov qeyd edib ki, hisslərini sözlə ifadə etməkdə çətinlik çəkir.

O qeyd edib ki, Xankəndidən çıxanda 22 yaşı olub:

"Buradan çox çətin və acınacaqlı şəkildə çıxdıq. Bu gün artıq 7 ailə üzvümlə birgə doğma yurduma dönürəm. Həm də sevincliyəm ki, övladlarımız kəndimizə təhlükəsiz və gülərək qayıdırlar. Prezident İlham Əliyevə ailəm adından təşəkkürümü çatdırıram".

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39