Gəncədə Zəfər Gününə həsr edilmiş konsert keçirilib, atəşfəşanlıq olub

Gəncə şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə konsert proqramı keçirilib, atəşfəşanlıq olub.

"Report"un Qərb bürosunun məlumatına görə, mərkəzi meydanda təşkil olunmuş konsert proqramında mədəniyyət xadimlərinin və incəsənət nümayəndələrinin ifalarında rəqslər nümayiş edilib, vətənpərvərlik mahnıları səsləndirilib.

Konsert proqramını rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, şəhər sakinləri izləyib.

Sonda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.

Digər xəbərlər

Azərbaycana qış fəsli daxil olub 21 dekabr, 2025 / 19:03