Çinin Azərbaycandakı səfiri Lu Mey Naxçıvan Muxtar Respublikasına səfər edib.
"Report"un yerli bürosu xəbər verir ki, səfir bu gün elm və təhsil naziri Emin Əmrullayevlə Naxçıvana gəlib.
Səfərin məqsədi Azərbaycan-Çin təhsil əməkdaşlığı çərçivəsində həyata keçirilən "İnteraktiv Təhsil Yardımı" layihəsinin təqdimatı və təhvil-təslim mərasimində iştirak etməkdir.