Növbəti köç karvanı Horovlu kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.

"Report" xəbər verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Bu mərhələdə Horovlu kəndinə 18 ailə olmaqla 66 nəfər köçürülüb.

Cəbrayıl rayonuna yola salınam köç karvanı Horovlu kəndinə çatıb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, Cəbrayıl rayonu Horovlu kəndinə bu gün 18 ailə olmaqla 66 nəfər qayıdıb.

Məlumata görə, kənddə ailələrin daimi yaşayışını təmin etmək məqsədilə hər cür infrastruktur yaradılıb.

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 18 ailə (66 nəfər) köçürülür.

Qeyd edək ki, kəndə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Digər xəbərlər