Bahar Muradova Şirvanda vətəndaşları qəbul edəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şirvanda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, qəbul yanvarın 23-ü saat 11:00-da Şirvan Gənclər Evində keçiriləcək.

Qəbulda Şirvan şəhər və Hacıqabul rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Digər xəbərlər