Mədəniyyət naziri Adil Kərimli noyabrın 28-də saat 10:00-da Ağdamda vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Laçın rayonlarından olan vətəndaşların qəbulu Heydər Əliyev Mərkəzində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək.
Vətəndaşlar noyabrın 24-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.