Təmiz gələcək naminə Baku Steel Company: ekoloji dayanıqlıq və səmərəlilik

Cənubi Qafqazın ən iri polad istehsalçısı olan “Baku Steel Company” QSC (bundan sonra — BSC) ətraf mühitin mühafizəsi və ekoloji standartlara uyğunluğun təmin edilməsi istiqamətində daha bir mühüm addım ataraq, növbəti genişmiqyaslı layihəni uğurla başa çatdırıb.

BSC Elektrik poladəritmə sexində yaranan qazların tozdan və bərk hissəciklərdən təmizlənməsini və filtrasiyasını təmin edən, eləcə də tullantıların atmosferə atılmasının qarşısını alan Qaz-Toz Tutucu Qurğusunu (QTTQ) modernizasiya edib.

Layihə İsveçrənin “AS Metals Technologies” SA şirkəti ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Texniki layihələndirmə mərhələsi bir ildən çox davam edib, montaj və sazlama işləri, bu cür irimiqyaslı layihəyə nəzərən istehsalatda mümkün minimum fasilələrlə, 2025-ci ilin əvvəlində uğurla tamamlanıb.

Kompleks modernizasiya işləri QTTQ-nin istismarını metallurgiya prosesinin müxtəlif mərhələlərində əhatə edir. Belə ki:

Nəticədə, sexdə istehsalat heyətinin iş şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb; atmosferə atılan tozun miqdarı beynəlxalq ekoloji və texnoloji standartlara uyğun olan səviyyəyə qədər azaldılıb.

Eyni zamanda, tullantıların idarə edilməsi sahəsində beynəlxalq ISO standartlarına uyğun olaraq, QTTQ tərəfindən toplanan şlam və tozun bir hissəsi ayrı-ayrı material növləri üçün xammal kimi emala göndərilir. Bu yanaşma həm tullantıların azaldılmasına, həm də ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına kömək edir.

Layihə texniki səviyyəsinə və funksional imkanlarına görə regionda ilk nümunələrdən biri hesab olunur. Belə ki:

BSC ətraf mühitə təsiri minimuma endirmək, tullantıların davamlı və səmərəli idarə olunmasını təmin etmək, eləcə də ekoloji qanunvericiliyin tələblərinə tam riayət etmək üçün daim istehsal proseslərini müasirləşdirir. Şirkət gələcəkdə də “yaşıl” təşəbbüslərlə ətraf mühitin mühafizəsinə töhfə verməyi və sənayenin dayanıqlı inkişafında liderliyini qorumağı hədəfləyir.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34