"Bravo" supermarketlər şəbəkəsini idarə edən “Azerbaijan Supermarket” MMC Şuşada market açmaq üçün 160 min manat xərc çəkib.
“Report”un məlumatına görə, mağaza 275 kvadrat metr ərazidə yerləşir.
Burada 14 nəfər işlə təmin edilib.
Hazırda ölkə üzrə 71 "Bravo" mağazası var ki, onlar da 83 min kvadrat metr ərazini əhatə edir.
"Azərbaycan Supermarket" MMC 2022-ci ilin sonuna qədər supermarket şəbəkəsinin böyüdülməsinə 50,7 milyon manat xərcləməyi planlaşdırır. Şirkət bu məqsədlə bir qədər əvvəl 40 milyon manatlıq istiqraz buraxmağa qərar verib.