İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Salyan Olimpiya İdman Kompleksi” MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Salyan şəhəri, Böyükağa Talıblı küçəsi, 1, nizamnamə kapitalı 6 462 706 manat, qanuni təmsilçisi isə Babək Əlikiram oğlu Həmidovdur.
Xatırladaq ki, Salyan Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 7-də istifadəyə verilib. Burada futbol və mini futbol meydançaları, tennis kortu, basketbol, voleybol meydançaları, üzgüçülük hovuzu, boks, güləş və əl oyunları salonları var.