Bu günə qədər Qarabağda biznes qurmaq istəyən sahibkarlardan 1 300-ə yaxın müraciət qeydə alınıb. Onların da 460-dan çoxu xaricilərə məxsus müraciətdir və 40-a yaxın ölkə olmaqla geniş coğrafi dairəni əhatə edir. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda bildirib. "Müraciətlərin intensivliyi və həcmi yerli və xarici investorların Qarabağda biznes fəaliyyətinə marağının yüksək olduğunu göstərir. Xarici müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür. Onların sırasında Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Macarıstan yer alır. Daxil olmuş layihələr əsasən ticarət, xidmət, inşaat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, təhsil, nəqliyyat, logistika və digər sahələri əhatə edir. KOBİA mandatı çərçivəsində Qarabağda zəruri biznes infrastrukturunun yaradılması üçün əlaqələndirmə işləri aparır. Belə ki, işğaldan azad edilmiş bölgələrimizdə zəruri ehtiyacların ödənilməsi ilə bağlı bir qrup sahibkarla Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Kəlbəcər və Laçın rayonlarına səfərlər təşkil edilib, nəticədə bir sıra ərazilərdə biznes və ictimai xidmət obyektləri istifadəyə verilib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış suvenir istehsalı müəssisəsi isə Türk qardaşlarımız ilə birgə işbirliyinin uğurlu nəticəsidir. Ümumilikdə, Qarabağ regionunda infrastrukturun yenidən qurulması, eləcə də biznes potensialının reallaşdırılması istiqamətində aparılan işlərə özəl sektorun və xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Özəl sektorun prosesdə iştirakı dövlət investisiya xərclərinin azaldılması, habelə alternativ və şaxələndirilmiş maliyyələşmə mexanizmləri vasitəsilə yerli və xarici sərmayələrin cəlb edilməsi baxımından faydalı ola bilər".
Qarabağda biznes qurmaq məqsədilə 1 300-ə yaxın müraciət qeydə alınıb
Digər xəbərlər
Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
30 oktyabr, 2026 / 17:29
Naxçıvan Ticarət və Xidmət Departamentinə rəis təyin edilib
30 oktyabr, 2026 / 17:21
Azərbaycanın Qlobal İnnovasiya İndeksi 2026da əldə etdiyi nəticələr müzakirə olunub
30 oktyabr, 2026 / 16:50
ABİF azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir
30 oktyabr, 2026 / 16:40
Azərbaycanda 8 ayda elektron satınalmaların dəyəri 2,7 milyard manat olub
30 oktyabr, 2026 / 16:12
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 760 milyon dollara yaxınlaşıb
30 oktyabr, 2026 / 15:28
Baş nazir: Azərbaycanın Gürcüstana investisiyaları 4 milyard dollara çatıb
30 oktyabr, 2026 / 10:36
Çexiyalı milyarder Ray-Ban holdinqi üçün 30 milyard avro təklif edib
30 oktyabr, 2026 / 03:27
Azərbaycan 9 ayda kartof ixracından 30 milyon dollar qazanc əldə edib
29 oktyabr, 2026 / 17:27
Rusiya Azərbaycanın antiinhisar pozuntuları üzrə təklifini dəstəkləyib
29 oktyabr, 2026 / 13:11
İcbari Sığorta Bürosu We Invest in People – Silver beynəlxalq akkreditasiyasına layiq görülüb
29 oktyabr, 2026 / 12:54
Özbəkistan MDB-nin antiinhisar qurumlarının fəaliyyəti üçün 3 əsas istiqamət təklif edib
29 oktyabr, 2026 / 10:50
Düşənbə və Astana rəqabətin qorunması sahəsində tərəfdaşlığı genişləndirəcək
29 oktyabr, 2026 / 10:42
Rusiya Federal Antiinhisar Xidməti ikinci antikartel qanun layihələri zərfi hazırlayır
29 oktyabr, 2026 / 10:38
Qazaxıstanda antiinhisar nəzarəti sərtləşdiriləcək
29 oktyabr, 2026 / 10:14
Qırğızıstanda malların qiymətlərinin monitorinqi sistemi modernləşdirilir
29 oktyabr, 2026 / 10:10
Agentlik sədri: Transsərhəd risklərlə mübarizədə MDB ölkələrinin əməkdaşlığı vacibdir
29 oktyabr, 2026 / 09:44
Elnur Bağırov: Azərbaycan yaxın 3 il üçün rəqabət siyasətinin prioritetlərini müəyyən edib
29 oktyabr, 2026 / 09:39
MDB ölkələri Xankəndidə antiinhisar əməkdaşlığının yeni prioritetlərini müəyyən edəcək
29 oktyabr, 2026 / 09:33
MDB çərçivəsində marketpleyslər sahəsində qarşılıqlı fəaliyyətin model prinsipləri hazırlanıb
29 oktyabr, 2026 / 09:31