“AY-NT”, “Aliot” və “Capital Hotel Company” MMC-lər ləğv olunaraq “PMD Group” MMC-yə qoşulduqlarını elan ediblər.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar "PAŞA Holdinq" MMC-nin törəmə strukturu olan "PMD Group" yenidən təşkil olunur.
Qeyd edək ki, ölkənin ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “PMD Group” MMC 2013-cü ildən fəaliyyətə başlayıb. Şirkətin əsas fəaliyyət istiqamətləri - aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyulması və daşınmaz əmlakın idarə olunması.