Özbəkistanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayı açıqlanıb

Bu ilin aprel ayının 1-nə Özbəkistanda 236 Azərbaycan şirkəti fəaliyyət göstərir.

Bu barədə “Report” Özbəkistan Statistika Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, bununla da Azərbaycan şirkətləri bu ölkədə fəaliyyət göstərən şirkətlərin siyahısında ilk onluğa daxil olub.

Ümumilikdə, hazırda Özbəkistanda xarici kapitallı 14 226 müəssisə və təşkilat fəaliyyət göstərir. Bunlardan 4 576-sı müştərək, 9 650-si isə xarici müəssisələrdir.

Özbəkistanda ən çox Rusiya şirkətləri (3 019) fəaliyyət göstərir. İkinci yeri Çin (2 501), ilk üçlüyü isə Türkiyə şirkətləri (1 886) qapayıb.

Daha sonra siyahıda Qazaxıstan (1102), Cənubi Koreya (727), ABŞ (311) yer alıblar.

İlk onluqda sonrakı yerləri Tacikistan (307), Qırğızısıstan (280), Azərbaycan (236), onuncu yerdə isə Almaniya (220) şirkətləri qərarlaşıblar.

Digər xəbərlər