Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-da sahibkarlara 36 milyon 913 min manat kredit verilib.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,2 % çoxdur.
9 ay ərzində verilmiş kreditlərin 12 milyon 284 min manatı yeni istehsal sahələrinin yaradılmasına və yaxud genişləndirilməsinə, 24 milyon 629 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bunlar da 1 il əvvələ nisbətən müvafiq olaraq 43,2 % və 49,3 % çoxdur.
Hesabat dövründə muxtar respublikada 11 hüquqi və 2 254 fiziki şəxs qeydiyyata alınıb. İllik müqayisədə hüquqi şəxslərin qeydiyyatında 3,4 dəfə azalma, fiziki şəxslərin qeydiyyatında isə 20,1 % artım olub.