Mikayıl Cabbarov: "Rəqəmsal iqtisadiyyatın inkişafı sosial-iqtisadi siyasətin əsas hədəflərindəndir"

Rəqəmsal iqtisadiyyatın inkişafı dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas hədəflərindəndir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, bu istiqamətdə qəbul edilmiş 2026–2029-cu illəri əhatə edən Strategiya çərçivəsində rəqəmsal texnologiyaların iqtisadiyyatın bütün sahələrində tətbiqi, müasir bilik və bacarıqların gücləndirilməsi, innovativ sahibkarlığın təşviqi ilə rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması üçün tədbirlər görüləcək.

Nazir qeyd edib ki, strategiyanın icrası ölkəmizin iqtisadi potensialının reallaşmasına və rəqabətqabiliyyətinin artmasına təkan verəcək.

Digər xəbərlər