"Alcatel Lucent Teletaş Telekomünikasyon Anonim Şirkəti"nin yerli nümayəndəliyi ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Neftçilər propsekti, ev 153 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, sözügedən nümayəndəlik 1997-ci ildən fəaliyyət göstərir. Onun qanuni təmsilçisi Deniz Özcansendir.